YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcər sakinindən Prezidentə minnətdarlıq: Sizin “Biz birlikdə güclüyük!” çağırışınız xalqımıza mənəvi güc verir

Kəlbəcər rayonunun 87 yaşlı sakini, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının və Yazıçılar Birliyinin üzvü, “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri Qənbər Qurbanov: “Möhtərəm cənab Prezident, bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Sizin rəhbərliyinizlə həyata keçirilən mübarizə tədbirləri bizdə böyük qürur hissi yaradıb. Dünyanın ən inkişaf etmiş ölkələrinin, müasir səhiyyə sistemlərinin belə qarşısında aciz qaldığı bu xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hələ pandemiya elan olunmamışdan əvvəl Sizin uzaqgörənliklə başlatdığınız və birbaşa rəhbərliyinizlə həyata keçirilən tədbirlər nəticəsində, şükürlər olsun ki, ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Bütün bunlara görə xalqımız Sizə minnətdarlığını ifadə edir, Azərbaycanın bu sahədəki mübarizəsinin dünya ölkələri üçün örnək olmasını qürur hissi ilə qarşılayır. Məhz görülən tədbirlərin nəticəsidir ki, son günlər ölkəmizdə bu xəstəliyin gedişatı ilə bağlı müsbət dinamika müşahidə olunur, sağalıb evlərinə dönən xəstələrin sayı hər gün artır. Möhtərəm cənab Prezident, bu xəstəliklə mübarizə məqsədilə Sizin tapşırığınızla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, “Yeni klinika” tibb müəssisəsinin və Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışları, sosial qayğıya ehtiyacı olan vətəndaşlara maddi yardımların göstərilməsi, bu problemin həlli ilə bağlı keçirdiyiniz müşavirələr, dövlət strukturlarına verdiyiniz müvafiq tapşırıqlar bir daha Sizin bu sahədəki siyasətinizin qətiyyətli, ardıcıl və davamlı olmasının sübutudur. Görülən bütün bu tədbirlər, Sizin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çətin anlarda hər zaman xalqla birliyi, bütün fəaliyyətinizin xalqımızın bu ağır sınaqdan üzüağ çıxmasına yönəlməsi insanlarda yüksək əhval-ruhiyyə yaradıb. Bu çətin günlərdə bütün xalqımız Sizin “Biz birlikdə güclüyük!” çağırışınızın müsbət əhval-ruhiyyəsi və mənəvi gücü ilə yaşayır. Möhtərəm cənab Prezident, mən bir ağsaqqal kimi Sizin və Mehriban xanımın bu xidmətlərini yüksək qiymətləndirirəm. Ürəkdən inanıram ki, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımız tezliklə bu ağır xəstəlikdən ən az itki ilə qurtulacaq. Bütün bu diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrı Sizi, ailənizi, xalqımızı və möhkəm təməlləri ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan qüdrətli dövlətimizi qorusun!”.