YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azəraqrartikinti” ASC-nin və Yevlax Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Yevlax rayonunda aztəminatlı ailələrə ərzaq yardımı göstərilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilməkdədir. Bütün cəmiyyətimizin bu tədbirlərə dəstək verməsi xalqımızın həmrəyliyinin və öz dövlətinə inamının ifadəsidir.

“Azəraqrartikinti” ASC-nin və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü və təşkilatçılığı ilə aprelin 21-də Səhmdar Cəmiyyətin və İcra Hakimiyyətinin məsul işçiləri tərəfindən Yevlax şəhərinin bir çox aztəminatlı ailələri, tənha və ahıl insanlar ziyarət edilmiş və 300 ailəyə bütün zəruri ərzaq məhsullarından ibarət olan bağlamalar təqdim olunmuşdur.

Səmimi şəraitdə keçən fərdi görüşlər zamanı bu günun reallığı olan koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri ilə bağlı sakinlərə ünvanlanan tövsiyyələri çatdırılmış və vurğulanmışdır ki, hazırda bütün dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, bu qorxunc xəstəliyin fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının mühafizə olunması və əhalimizin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlətimiz tərəfindən bütün zəruri tədbirlər görülür.

Sakinlərə çatdırılmışdır ki, bü gün onların hər birindən yüksək vətəndaşlıq məsiliyyəti, birlik və həmrəylik nümayiş etdirməklə xüsusi karantin rejiminə və özünütəcrid qaydalarına ciddi şəkildə əməl etmək tələb olunur.

Ziyarət olunan sakinlər bu çətin və ağır günlərdə onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə etmişlər.