YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arzuman Abdulkərimov: Radikal müxalifət uğursuzluq sindromu yaşayır (VİDEO)

"Radikal müxalifətin məqsəd və məramında aydınlıq yoxdur. Bunlar hansısa beşinci qüvvənin diktəsi ilə Azərbaycan dövlətinə qarşı öz məkrli planlarını həyata keçirmək istəyirlər".

Bu fikirləri "Yeni Tv"-nin efirində Ana Vətən Partiyası sədrinin müavini Arzuman Abdulkərimov deyib.

A.Abdulkərimov qeyd edib ki, Əli Kərimli uzun illərdir müxalifət maskası adı altında öz uğursuzluqlarını gizlətmək istəyir: "Bu adamlar on illərdir eyni tezislər, şüarlar, dəyişməyən düşüncə tərzləri ilə gündəmdə qalmaq istəyirlər. Amma bunlar hakimiyyətə gələ bilmirlər, əksinə ətraflarındakı insanları itirirlər. Yəni insanlar onların pafoslu siyasi çıxışlarına inanmırlar".

Partiya sədrinin müavini bildirib ki, radikal müxalifət uğursuzluq sindromu yaşayır: "Bu hal onları məcbur edir ki, radikal addımlar atsınlar. Siyasi əxlaqsızlıq nümunəsi olan bu qrup üçün vətən, dövlət anlayışı yad məfhumdur".