YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dmitri Savelyev: Azərbaycan koronavirusun az yayıldığı və əhaliyə sosial dəstəyin yüksək səviyyədə olduğu ölkələrdən biridir

Pandemiya ilə mübarizədə bu ümumi problemə qarşı birlikdə vuruşan ölkələr qalib gələcəklər.

Bu fikri Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev söyləyib. O qeyd edib ki, bu gün koronavirusun yayılmasının aşağı səviyyəsi ilə fərqlənən ölkələrdən biri olan Azərbaycan bütün dünya iqtisadiyyatı üçün bu mürəkkəb dövrdə əhaliyə sosial dəstəyin müstəsna yüksək dərəcəsini təmin edir.

Deputat xatırladıb ki, artıq 150 ölkə maliyyə köməyi almaq üçün beynəlxalq kredit təşkilatlarına müraciət ediblər və onların arasında Azərbaycan yoxdur. Eyni zamanda, ölkədə kiçik biznesə və vətəndaşlara ünvanlı yardım göstərilməsi üçün bütövlükdə 2,5 milyard manat ayırmaq planlaşdırılır.

Dmitri Savelyev vəziyyəti şərh edərək deyib: “Təbabətin səviyyəsi və əhalinin sayı Azərbaycandakı müvafiq göstəricilərlə müqayisə edilə bilən dövlətlərdən fərqli olaraq, respublika koronavirusdan itkilər minimal səviyyədədir: ölkədə misli görünməmiş sosial təcrid tədbirləri tətbiq edilib, Sumqayıt kimya sənaye parkında isə operativ surətdə, hər gün 250 minə qədər tibbi maska istehsal edən müəssisə açılıb”.

Rusiya parlamentinin üzvü xatırladıb ki, koronavirus pandemiyası səbəbindən yaranmış ciddi böhran dünya iqtisadiyyatında və bir sıra dövlətlərin geosiyasi əlaqələrində vəziyyətin yenidən qiymətləndirilməsini tələb edəəcək.

Dmitri Savelyev əmindir: “Bu vəziyyətdə yalnız resurslardan ən səmərəli şəkildə istifadə etməyi və dost dövlətlərlə səyləri birləşdirməyi bacaran ölkələr qazanacaqlar. Rusiya ilə Azərbaycan arasında strateji əlaqələr inkişaf edəcək, çünki onlar kifayət qədər şaxələndirilib və neftin qiymətindən az asılıdırlar”.

RF Dövlət Dumasının deputatı həmçinin vurğulayıb ki, tarixin bütün mərhələlərində ölkələrimizə xas olan səmimi münasibətlər pandemiya dövründə belə qalıb. Dmitri Savelyev vurğulayıb: “Rusiya və Azərbaycan koronavirusla mübarizədə fəal informasiya və təcrübə mübadiləsi aparırlar. Hər iki ölkənin xarici işlər nazirləri son günlərdə telefon söhbətlərində iki dəfə artıq təhlükəli infeksiyaya qarşı mübarizə tədbirlərini müzakirə ediblər. Rusiya Azərbaycan həkimlərinə “Vektor” virusologiya və biotexnologiya mərkəzində hazırlanmış laboratoriya avadanlığını və test-sistemləri göndərib. Azərbaycanın öz unikal elmi bazasını qoruyub saxlaması isə, bizim həm virusun öyrənilməsində, həm də ona qarşı vaksinin yaradılmasında ölkələrimizin səylərini birləşdirməyə imkan verir”.

 

DİGƏR Xəbərlər Arxiv