YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: “Radikal müxalifət bataqlığın dibinə doğru gedir” (VİDEO)

“Azərbaycanda bir qrup var ki, onları nə siyasi partiya, nə siyasi təşkilat, nə də siyasi qüvvə adlandırmaq olar. Onların adı yalnız xəyanətkarlardır və vətəninə, dövlətinə, dövlətçiliyinə, millətinə, xalqına xəyanət yolu tutublar. Həm də indi yox, bu 90-cı illərdən başlamış prosesdir. Bu gün isə getdikcə, bataqlığın dibinə doğru gedir”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Yeni Tv”-nin efirində səsləndirib.

S.Novruzovun sözlərinə görə, onlar Azərbaycana qarşı bəhanə axtarırlar ki, öz dövlətinə, xalqına, millətinə, dövlətinə qarşı aldığı tapşırıqlara uyğun addımlar atsınlar: “Bunların iç üzü budur. Sağlam müxalifət təklif və rəylərini verməlidir. Şaiyə, böhtan və yalanla insanları çaşdırmamalı, aldatmamamlıdır. Bunlarda təklif yoxdur. Ancaq böhtan, şər, qarayaxma, şantaj etmə var”.

S.Novruzov vurğulayıb ki, iddialarının əksinə olaraq radikal müxalifətin ictimai nüfuzu yoxdur: “Bunlarda nüfuz yoxdur ki, ictimaisi də olsun. Onları cəmiyyət yaxşı tanıyır. Bunu keçirmək istədikləri kütləvi aksiyalara gələnlərin sayı bir daha sübut edir”.