YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Məmmədov: Azərbaycan dövlətinin indiki çətin vəziyyətdən çıxmağa hesablanmış aydın konsepsiyası var

“Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə aparılan müzakirəlrə göstərdi ki, Azərbaycan dövlətinin indiki çətin vəziyyətdən çıxmağa hesablanmış aydın konsepsiyası var”. Bu fikirləri Milli Məclisin deputatı Ramin Məmmədov deyib. 

R.Məmmədov bildirib ki, bu konsepsiyanın əsas hədəfi, məqsədi vətndaşların sağlamlığının qorunması, ölkənin mümkün qədər daha az itkiyə məruz qalmasının təmin edilməsidir. Onun sözlərinə görə, həm iqtisadi, həm də sosial sahələrdə dövlət tərəfindən həyata keçirilən düşünülmüş, ardıcıl və sistemli tədbirlər Azərbaycanda makroiqtisadi sabitliyin qorunmasına, vətəndaşların sosial müdafiəsinin təmin olunmasına hesablanıb: “Heç şübhəsiz ki, ən başlıca məsələ insanlarımızın sağlamlığının qorunmasıdır. Məlumdur ki, tətbiq olunan xüsusi karantin rejimi nəticə etibarilə iqtisadi risklər yaradır. Yəni biz iki risk qarşısındayıq: insanların sağlamlığı və iqtisadi itkilər. Dövlət başçısı müşavirədə birmənalı olaraq qeyd etdi ki, onun seçimi məhz insanların sağlamlığını qorumaqdır. Bu bir daha prezidentin və onun şəxsində Azərbaycan dövlətinin öz vətəndaşına nə qədər yüksək dəyər verdiyinin daha bir ifadəsidir. Azərbaycan dövlətinin gücü də məncə elə bundadır – öz vətəndaşına dəyər verməsində”.

Deputat bildirib ki, müşavirə Azərbaycan dövlətinin bütün strukturlarının fəaliyyətinin dəqiq və saat mexanizmi kimi işlədiyini göstərir. Onun fikrincə, hər bir dövlətin mükəməlliyi, xalqa xidmət əmsalı məhz bu cür böhranlı situasiyalarda ortaya çıxır. “Dövlət başçısının da müşavirdə qeyd etdiyi kimi, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində çox vaxtında və doğru addımlar atılıb. Azərbaycan bir sıra ölkələrə bu sahədə nümunə göstərilir. Lakin bütün bunlar arxayınlaşmaq üçün əsas verməməlidir. Müşavirədə qeyd olunan məqamlar da göstərir ki, Azərbaycan dövləti əldə olunmuş uğurlarla arxayınlaşmır. Ölkəni, onun vətəndaşlarını qorumaq üçün bundan sonra da zəruri addımları atmaq əzmindədir”-deyə, R.Məmmədov qeyd edib.