Xəbərlər
Avropa İttifaqı həmrəyliyə görə Azərbaycana təşəkkür edib
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas həmrəyliyə görə ölkəmizə təşəkkür edib.
Bu barədə Avropa İttifaqı nümayəndəliyinin rəsmi “Facebook” səhifəsində məlumat yayılıb.
K.Yankauskas yazıb ki, Avropa İttifaqının bayrağının Heydər Əliyev Mərkəzinin binası üzərində videoproyeksiya olunması Aİ ilə Azərbaycan arasındakı həmrəyliyin və tərəfdaşlıq əlaqələrinin əksidir. Birlikdə daha güclüyük! Sağ ol, Azərbaycan!
Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 15-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Avropa İttifaqının bayrağı videoproyeksiya olunub.