YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: ölkəmizin qlobal təhlükə ilə mübarizə apardığı bir zamanda bu müşavirənin xüsusi önəmi var

“Aprelin 14-də möhtərəm cənab Prezidentimiz İlham Əliyevin sədrliyi ilə bu ilin ilk rübünün sosial-iqtisadi yekunlarına dair videokonfrans - müşavirə keçirildi. Ölkəmizdə belə hesabat xarakterli rüblük, yarımillik və illik müşavirələr ənənəyə çevrilsə də, qeyd etməliyəm ki, dünyanın və ölkəmizin qlobal təhlükə ilə üzləşdiyi və mübarizə apardığı bir zamanda bu müşavirənin xüsusi önəmi və əhəmiyyəti var. Yəni bir tərəfdən ilin ilk rübündə görülən işlərin keçən ilin müvafiq rübü ilə müqayisəli təhlil olsa da, sanki Prezidentimizin müşavirənin açılışında və müşavirə boyu çıxışındakı səsləndirdiyi fikirlər təkcə hökumət üzvlərinə, icra strukturlarının yüksək vəzifəli şəxslərinə deyil, eyni zamanda bütövlükdə ictimaiyyətin bütün üzvlərinə ünvanlanmışdı. Əslində, rəsmi olaraq fövqaladə vəziyyət elan olunmasa da, problemin dünyada fövqaladə bir durum yaratmasını nəzərə alaraq möhtərəm Prezidentimiz bu çıxışı ilə bir daha xalqı səfərbərliyə, milli birliyimizi və həmrəyliyimizi qorumaq üçün çağırış edirdi. Daha doğrusu O, bu çıxışında kimliyindən, tutduğu vəzifədən və siyasi mənsubiyyətindən asılı olmayaraq, dövlətçiliyimizin, müstəqilliyimizin, azadlığımızın, milli birliyimizin, iqtisadi müstəqilliyimizin, maliyyə sabitliyinin qorunmasında hər kəsin çox ciddi məsuliyyətinin olduğunu xüsusi vurğulayırdı”. Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, həqiqətən bu gün dünyada yaranmış vəziyyət fonunda möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə təkcə son iki ildə görülən işlərə, xüsusən də məhkəmə-hüquq sistemində, iqtisadi, siyasi, sosial, kadr sahəsində, idarəetmə mexanizminin daha da təkmilləşdirilməsi, korrupsiya qarşı uğurlu mübarizə, idarəçilikdə gəncləşmə siyasətinə, qanunverici hakimiyyətdəki köklü müsbət dəyişiliklərin, xüsisən siyasətin yeni konfiqurasiyasının, iqtidar-müxalifət dialoqunun uğurla aparılmasına nəzər salsaq bu siyasətin nə qədər müdrik və uzaqgörən bir siyasət olduğunun şahidi oluruq. Möhtərəm Prezidentimizin təbirincə desək, əsas məqsədimizin də siyasi sistem yaratmaqdır və tutduğumuz demokratik yolla daha qəti addımlarla irəliləməkdir. Onun sözlərinə görə, dünyada heç bir iqtisadi təhlil mərkəzlərinin proqnozlarında bu il üçün dünyada neftin kəskin aşağı düşdüyü qeyd olunmadığı halda möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatımızda əsas prioritet kimi qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində xeyli işlər görülüb.

Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı çıxışında dünyada və ölkəmizdə koronavirusun yaratmış olduğu vəziyyəti təhlil edərək, hazırkı durumda dövlətimizin ən əsas məqsədinin xalqın sağlığının, hər bir vətəndaşının sağlığının və həyatının qorunmasının ən əsas məqsədi olduğunu dəfələrlə vurğulayırdı: “Eyni zamanda, iqtisadi və maliyyə sabitliyinin, əhalinin sosial müdafiəsinin koronavirusun neqativ təsirindən maksimum dərəcədə qorunması məqsədilə bütün imkanlardan istifadə edildiyini və postkoronavirus dönəmində də bu siyasətin davam ediriləcəyini əminliklə bildirdi. Möhtərəm Prezidentimiz
çıxışlnda qeyd edirdi ki, bu ilin birinci rübünün xüsusən də yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərin uğurlu olması və ilin əvvəlinin müsbət göstəricilər olması ölkəmizdə həyata keçirilən islahatların uğurlu olmasını göstərməklə bundan sonra da onun davam etdiriləcəyinə əsas verir. Sözsüz ki, koronavirusdan qaynaqlanan bəlalar və problemlər, onun yarada biləcəyi tənəzzül gözlənilməz idi. Möhtərəm Prezidentimiz çıxışında koronavirusun dünyada qeyd alındığı gündən ölkəmizdə bütün hazırlıq işlərinin, xüsusən də itkilərin minimum az olmasına yönəlik önləyici, profilaktik tədbirlərin görüldüyünü qeyd edərək, problemin coğrafiyasını və ayrı-ayrı ölkələrdə vurduğu zərbələrin dərəcəsini və bu pandemiyanın hansı sonluqla və nə zaman bitməsinin naməlum olmasını nəzərə alaraq, bundan sonrakı dövr üçün dövlətin çox ciddi və qəti addımlar atmasının, islahatların daha sürətlə davam etdirilməsinin zəruriliyini daha da artırır
Bu mənada bugün pandemiyanın gedişi göstərir ki, koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir və artıq bəşəriyyət yeni bir mərhələyə qədəm qoymuşdur. Təbii ki, yeni mərhələnin də yeni tələbləri və çağırışlar yaranır. Çox təqdirəlayiq haldır ki, bəlkə də ölkəmizdə önləyici tədbirlər çox öncədən görülməsəydi, bizim ölkəmizdə itki dəfələrlə çox olardı. Sözsüz ki, bu möhtərəm Prezidentimizin uzaqgörənliyinin və qəbul etdiyi qərarların doğruluğunun nəticəsidir”.

M.İbrahimqızı söyləyib ki, bu gün koronavirusun ölkəmizdə yaratdığı durumun ciddi nəzarətdə olması, bu xəstəliklə mübarizə üçün yaradılmış şəraitin dünyanın ən nümunəvi ölkələri arasında olması göstərir ki, ölkəmiz bu təhlükədən ən az itki ilə çıxacaqdır. Qeyd etmək lazımdır ki, baxmayaraq ki, hələ bu pandemiya özünün “çiçəklənmə” dövrünü yaşayır, artıq hətta bir çox inkişaf etmiş dövlətlər dərin iqtisadi böhran içindədirlər və borc üçün beynəlxalq maliyyə-valyita fondlarına və eləcə də Dünya Bankına müraciət olunmuşdur. Fəxrlə deməliyik ki, məhz möhtərəm Prezidentimizin düşünülmüş və uzaqgörən siyasətinin nəticəsidir ki, ölkəmizin adı bu siyahıda yoxdur. Bugün koronavirus pandemiyası dünyanı və ölkələri bir müharibə vəziyyətinə saldığı bir dövrdə dövlətlər və xalqlar arasında daha sıx əməkdaşlığa, təcrübə mübadiləsinə, həmrəyliyə çox ehtiyacın olduğu halda təəssüf ki, 31 martda işğal olunmuş Azərbaycan torpaqlarında işğalçı Ermənistan dövləti tərəfindən qeyri qanuni seçkilərin keçirilməsi və AŞPA kimi beynəlxalq təşkilatların susqunluğu və ədalətsiz mövqeyini beynəlxalq və humanitar hüquqa həqarət və təcavüz kimi qəbul olunmalıdır. “Möhtərəm Prezidentimizin bütün beynəlxalq tribunalarda Ermənistanın işğalçılıq siyasətini və ermənipərəst qüvvələrə Münxen Təhlükəsizlik Konfransında olduğu kimi tarix və hüquq dərsi keçərək ifşa edir, lakin bir sıra beynəlxalq təşkilatların və ATƏT-in Minsk qrupynun həmsədrlərinin mövqesizliyi davam edir.
Qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimizim dünənki müşavirədəki çıxışında hər vətəndaşa yönəlik konkret çağırışlar səslənirdi. Belə ki, ölkəmizə qarşı işğalçı Ermənistanın təcavüzkar mövqeyini xaricdən dəstəkləyən ermənipərəst qüvvələrin təzyiqinin və təxribatının hətta koronavirus pandemiyası dövründə çirkli formada davam edir və bu şərəfsiz missiya bugün ölkəmizdəki 5-ci kolonun təmsilçiləri tərəfindən həyata keçirilir. Bu mənada dövlətçiliyimizin və müstəqilliyimizin sarsıdılmasına yönələn bu təhlükəyə qarşı vətəndaş mövqeyinin daha da gücləndirilməsi zamanın tələbidir. Müşavirədə möhtərəm Prezidentimiz tarixi şərəfsizliyi özlərinin həyat kredosu hesab edən 5-ci kolonun tarixi keçmişini çox ətraflı təhlil edərək,təhlükənin heç də ermənipərəst qüvvələrdən fərqlənmədiyini bir daha ictimaiyyətə çatdırdı.
Bugün ölkəmizin aparıcı ziyalıları, siyasətçiləri ardıcıl olaraq bu qüvvələrə qarşı münasibət bildirsələr də, təəssüf ki, hələ də 5-ci kolonun çirkli niyyətlərinin gerçəkləşdirilməsi cəhdi davam edir. Görünür ermənipərəst qüvvələrlə bərabər sırada dayanan bu qüvvələrə qarşı daha ciddi qərarların qəbulunun vaxtı çatmışdır. Bu mənada qanunverici orqanın da müvafiq addım atacağına əminəm.
Prezidentimizin qeyd etdiyi kimi
naftalin iyisi verən, güvə düşmüş 5-ci kolon tarixin zibilxanasına atılsalar da,görünür bu qüvvələr gələcək fəaliyyətlərini zibilxanada davam etdirməyi məram hesab edirlər.
Bütün bunları nəzərə alaraq, ölkəmizin gələcəyi naminə, dövlətimizin və müstəqilliyimizin daha da güclənməsi, inkişafımız, rifahımız və iqtisadi stabilliyimiz naminə cəmiyyətin bütün təbəqələri arasında birliyə və həmrəyliyə çox böyük ehtiyac var və milli maraqlarımız naminə birlikdə daha güclü olmamız üçün,dünya birliyində müstəqil dövlətin ləyaqətli vətəndaşı kimi təmsil olunmamız naminə bu tarixi dövrdə məsuliyyətimizi və vəzifəmizi yerinə yetirməyə borcluyuq”-deyə, M.İbrahimqızı vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv