YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Azərbaycan hökuməti ötən il ərzində səmərəli fəaliyyət göstərib

“Milli Məclisin ötən gün keçirilən iclasında Nazirlər Kabinetinin 2019-cu ildəki fəaliyyətinə dair hesabatı təqdim olundu. Hesabatdan göründüyü kimi, Azərbaycan Hökuməti ötən il ərzində çox səmərəli fəaliyyət göstərib, qarşıda duran vəzifələri yerinə yetirib”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilib. Bu baxımdan, 2019-cu il Azərbaycanın bütün sahələrdə əldə etdiyi böyük nailiyyətlərlə yadda qalıb. Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısının rəhbərliyi ilə aparılan dərin islahatlar ötən il ərzində də ölkəmizin hərtərəfli inkişafına böyük təkan verib. Dövlət tərəfindən göstərilən güclü siyasi iradə, islahatların əhatəsinin genişləndirilməsi, milli iqtisadiyyatımızın inkişafını geniş şəkildə təmin edir.

“Ötən il Azərbaycanda ümumi daxili məhsul 2,2 faiz artıb, qeyri-neft sektorunda bu artım 3,5 faiz təşkil edib. Sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı isə 14 faiz yüksəlib. Ötən il görülən işlərin nəticəsi olaraq kənd təsərrüfatı 7 faiz artıb, bitkiçilikdə bu artım 10 faizdən çox olub. İl ərzində respublikamızdan qeyri-neft ixracının 14 faiz artması da çox gözəl göstəricidir. Ölkəmizdə reallaşdırılan islahatların böyük bir qismi qeyri-neft sektorunda istehsal və ixrac imkanlarının artırılmasına hesablanıb. İl ərzində ölkəmizdən qeyri-neft məhsullarının ixracının böyük həcmdə artması da görülən işlərin nəticəsidir. Eyni zamanda, dövlətimizin başçısının rəhbərliyi ilə sosial sahədə də sistemli, fundamental islahatlar həyata keçirilməsi vətəndaşların rifah halının gündən-günə daha-da yaxşılaşmasına yol açıb. Ölkəmizin sosial siyasətində əhalinin həssas qruplarının, aztəminatlı insanların, o cümlədən də müəyyən güzəşt hüquqlarına malik ailələrin və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərilir. Atılan addımlara nəzər salsaq, görərik ki, hesabat dövrundə islahatlar bütün sosial sferanı əhatə edib”-deyə, deputat qeyd edib.