Xəbərlər
Baş Nazir Əli Əsədov Prezident Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb
Martın 11-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.
Hər iki tərəfdən hökumət üzvlərinin də iştirak etdikləri işçi nahar zamanı iki ölkə arasında iqtisadi əlaqələrin indiki vəziyyəti və perspektivləri barədə danışılıb.