Xəbərlər
Elman Məmmədov: Ermənistana beynəlxalq səviyyədə təzyiqlər edilməlidir
«Ermənistana beynəlxalq səviyyədə təzyiqlər edilməlidir. Əks halda, işğalçı ölkə münaqişənin həllini uzatmaq üçün bütün imkanlardan istifadə etməyə çalışmaqda davam edəcək». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
E.Məmmədov bildirib ki, işğalçı dövlət açıq şəkildə münaqişənin həllinə maraqlı olmadığını nümayiş etdirir. Onun sözlərinə görə, beynəlxalq birliyin Ermənistanın bu mövqeyini sükutla qarşılaması təəssüf doğurur.
«İşğalçı dövlətə beynəlxalq dəstək kəsildikdən sonra problemin həlli üçün şanslar yüksələcək. Ona görə də, ölkəmiz bu istiqamətdə, diplomatik cəbhədə Ermənistana qarşı mübarizəsini davam etdirir»- deyə, deputat qeyd edib.