Xəbərlər
Rauf Əliyev: Qazanılan uğurlar yeni-yeni hədəflərin müəyyənləşdirilməsi üçün əsasdır
«Qazanılan uğurlar yeni-yeni hədəflərin müəyyənləşdirilməsi üçün əsasdır. Qarşıdakı illər üçün başlıca hədəflərdən biri də Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir». Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, iqtisadiyyatın əsas göstəricisi olan büdcə ötən illər ərzində dəfələrlə artıb. Onun sözlərinə görə, ölkədə həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin illik artım sürəti yüksək səviyyədədir.
«İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması uğurların davamlılığında həlledici rol oynayır. İqtisadi sahədəki islahatlar güclü sosial siyasətlə tamamlanır. Bu uğurlara əsas verən amil isə düzgün və düşünülmüş siyasətdir. Azərbaycan bu gün özünü dünyaya sosial dövlət kimi təqdim edir»- deyə, deputat qeyd edib.