Xəbərlər
Genişmiqyaslı təlimlər zamanı real şəraitdə ərazinin kəşfi aparılıb
Azərbaycan Ordusunun genişmiqyaslı komanda-qərargah təlimlərinin növbəti mərhələsinin tələblərinə uyğun olaraq, döyüş tapşırıqlarının dəqiqləşdirilməsi və mövcud döyüş vəziyyətinin qiymətləndirilməsi məqsədilə real şəraitdə ərazinin kəşfi aparılıb. Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimin ssenarisinə əsasən vəzifəli şəxslərin məruzələrini dinləyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimdə iştirak edən qoşunların qəbul olunan qərara uyğun tətbiqi üzrə tapşırıqlar aydınlaşdırılıb.