Xəbərlər
Milli Məclisə seçkilərin ilkin nəticələri tam məlum olub
Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar 125 seçki dairəsi üzrə bütün seçki məntəqələrindən protokollar Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olub.
İlkin nəticələrinə görə liderlik edən namizədlərin siyahısı MSK-nın saytında yerləşdirilib.
Beləliklə, 125 seçki dairəsi üzrə 5573 seçki məntəqəsindən daxil olmuş protokollar üzrə məlumatlar açıqlanıb və parlament seçkilərinin ilkin nəticələri, lider namizədlər müəyyənləşib.