Xəbərlər
Ukrayna müşahidə missiyası: Azərbaycanda seçkilər yüksək səviyyədə təşkil olunub
Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil olunub.
Bu fikri Ukrayna parlamentinin müşahidə missiyasının üzvü Valeri Kolyux Bakıda keçirilən mətbuat konfransında deyib. Müşahidəçi seçkilərin Azərbaycanın Seçki Məcəlləsinə uyğun keçirildiyini vurğulayıb.
Ukrayna parlamentinin nümayəndəsi Vladimir Kreydenko də seçkilərin təşkilatçılığından razılığını bildirib. O, xüsusilə yerli müşahidəçilərin fəallığını qeyd edib.