YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Bütün uğurlarımızın əsasında Heydər Əliyev siyasətinin təntənəsi dayanır

«Ümummilli liderimiz Heydər Əliyevin ölməz ideyaları daim Azərbaycanın inkişafına xidmət edəcək. Ulu öndər Heydər Əliyev dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlər göstərib». Bu fikirləri  YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Azərbaycanın inkişaf və tərəqqisi Ümummilli liderimizin adı ilə bağlıdır. Onun sözlərinə görə, bu gün Azərbaycanın inkişafı böyük vüsət alıb. Bu inkişafın əsas səbəblərindən biri dövlətimizin müstəqil siyasət həyata keçirməsidir. 

«Azərbaycanın inkişaf strategiyasının müəllifi Ulu öndər Heydər Əliyevdir. Bu gün Prezident İlham Əliyev bu strategiyanı uğurla həyata keçirir. Artıq başa çatmaqda olan 2014-cü ildə ölkəmiz bir çox uğurlar qazanıb. Hesab edirəm ki, növbəti illərdə nailiyyətlərimiz daha da artacaq. Bütün uğurlarımızın əsasında Heydər Əliyev siyasətinin təntənəsi dayanır» - deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib.