Xəbərlər
Milli Məclisə seçkiləri izləyəcək müşahidəçilərin sayı açıqlanıb
Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkiləri izləyəcək müşahidəçilərin sayı açıqlanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 7-də keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.
Onun sözlərinə görə, indiyədək 77 min 721 yerli müşahidəçi qeydiyyata alınıb. Eyni zamanda, 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.