YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzovun seçicilərlə növbəti görüşləri Babək rayonunun Sirab, Qahab və Naxışnərgiz kəndlərində olub

5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzov seçicilərlə görüşlərini uğurla davam etdirir. Növbəti görüşlər Babək rayonunun Sirab, Qahab və Naxışnərgiz kəndlərində olub.
Görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyasının Babək rayon təşkilatının sədri İsa Məmmədov Siyavuş Novruzovun ötən müddət ərzində seçicilərini parlamentdə layiqincə təmsil etdiyini, ona göstərilən etimadı doğrultduğunu deyib. İ.Məmmədov ümumxalq partiyası olan YAP-ın parlament seçkilərinə qətiyyətli qələbə əzmi ilə getdiyini vurğulayıb. O, gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyasının növbəti möhtəşəm nailiyyət əldə edəcəyinə əminliyini ifadə edərək seçiciləri fevralın 9-da keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.
Deputatlığa namizəd Siyavuş Novruzov Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının dinamik inkişafından, həyata keçirilən sosial layihələrin uğurlu nəticələrindən, vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmalarından və digər məsələlərdən geniş söhbət açıb. Azərbaycanda Prezident, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə milli inkişafa xidmət edən çoxşaxəli islahatların həyata keçirildiyini deyən S.Novruzov "Azərbaycanın inkişafı dinamik xarakter daşıyır, əhalinin rifahı daim yaxşılaşır, ölkəmizin qüdrəti daha da artır",- deyib. Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının inkişafına daim böyük diqqət göstərdiyini deyən deputatlığa namizəd "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparılması, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən sosial-iqtisadi tədbirlərin ardıcıl olaraq həyata keçirilməsi sakinlər tərəfindən böyük məmnunluqla qarşılanır. Muxtar respublikanın, o cümlədən Babək rayonunun sakinlərinin layiqli həyat şəraitinin təmin olunması həyata keçirilən siyasətin səmərəliliyini göstərir".
YAP-ın seçki proqramından və daha güclü Azərbaycan naminə 10 addım paketindən bəhs edən S.Novruzov seçiciləri fevralın 9-da parlament seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Görüşlər zamanı seçicilərin təklifləri dinlənib, onları maraqlandıran suallar cavablandırılıb. Seçicilər ümumxalq partiyası olan YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.