YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədov rayonun Hacımahmudlu kəndinin sakinləri ilə görüşdü

48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədov rayonun Hacımahmudlu kəndinin sakinləri ilə görüşdü.

O, görüşdə Azərbaycanın bölgədə, dünyada artan nüfuzundan, bütün ölkədə, eləcə də Yevlaxda cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş böyük islahatlardan söz açdı. İlham Məmmədov bildirdi ki, «Daha güclü Azərbaycan naminə» şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyası 9 fevral parlament seçkilərinə böyük islahat proqramı ilə gedir.

Yevlaxlıların hər zaman dövlətə və dövlətçiliyə sadiq olduğunu qeyd edən İlham Məmmədov ölkədə sabitliyi pozmaq istəyən şər qüvvələrin mənfur niyyətlərinin heç zaman həyata keçməyəcəyini, Yeni Azərbaycan Partiyasının Sədri möhtərəm İlham Əliyevin başçılığı altında ölkəmizin daha böyük uğurlara imza atacağını vurğuladı.

Görüşdə İlham Məmmədov seçiciləri dinləyib, ünvanlanan sualları cavablandırdı. Eyni zamanda müraciət edən şəxsləri evində ziyarət etdi. Müraciət edən vətəndaşların probem və təkliflərini dinləyən deputatlığa namizəd bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərilməsi üçün lazımı işlər görəcəyini bildirdi.

Kənd sakinləri 9 fevral parlament seçkilərində aktiv iştirak edəcəklərini və sabitliyin qorunması, islahatların davam etməsi üçün YAP- ın namizədi İlham Məmmədova səs verəcəklərini bildirdilər.

 

 

DİGƏR Xəbərlər Arxiv