Xəbərlər
Deputatlığa namizəd Malik Həsənovun seçicilərlə növbəti görüşü keçirilib
Yeni Azərbaycan Partiyasının 67 saylı Cəlilabad şəhər seçki dairəsindən deputatlığa namizədi Malik Həsənovun seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü açan YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı bildirib ki, YAP seçkilərə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə gedir.
Deputatlığa namizəd Malik Həsənov çıxışında partiyanın seçki proqramı haqqında ətraflı məlumat verib.
Görüşdə çıxış edənlər 9 fevralda YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.