YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə Kamran Bayramovun seçicilərlə görüşləri davam edir

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən  YAP-ın namizədi Kamran Bayramov Şəmkir rayonunun Xuluf və Keçili kəndlərində seçicilərlə görüşüb.

Deputatlığa namizəd öncə rayonun Xuluf kəndində olub, kəndi gəzib, seçicilərlə görüşüb, təşviqatını aparıb. Görüşdüyü seçicilər artıq seçimlərini müəyyənləşdiriblər - Daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.

Kamran Bayramov daha sonra Xuluf kəndində qapısını döydüyü bir seçicinin təsərrüfatı ilə də tanış olub, təsərrüfatda çalışan zəhmətkeşlərlə də görüşərək söhbət edib, uğurlar arzulayıb.

Deputatlığa namizəd seçkiqabağı təşviqat çərçivəsində rayonun Keçili kəndində də olub. Qapıları döyüb, kənd sakinləri tərəfindən çox səmimi qarşılanıb, xeyli söhbət edib, təşviqatını aparıb. Keçili kəndinin seçiciləri Kamran Bayramovla birgə olduqlarını və bunu sübut etmək üçün səsvermə gününü səbirsizliklə gözlədiklərini deyiblər.

Görüşlərdə çıxış edən Kamran Bayramov göstərilən yüksək etimada və onun fəaliyyətinə verilən qiymətə görə seçicilərə minnətdarlıq edərək, növbəti dəfə Milli Məclis üzvlüyünə seçilərsə, yenə də seçiciləri ən yaxşı şəkildə təmsil edəcəyinə söz verib.