YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Ramil Həsənin Ucarın Alpout kənd sakinləri ilə görüşü keçirilib

91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Ramil Sahib oğlu Həsənin Ucarın Alpout kənd sakinləri ilə görüşü keçirilib.

Görüşü YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq Yeni Azərbaycan Partiyasının seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı  getdiyini bildirib.

Partiyanının namizədi Ramil Həsən görüşdə çıxış edərək YAP-ın seçki proqramı haqqında məlumat verib, Azərbaycanın daha da inkişafı üçün atılacaq addımlar barədə fikirlərini bölüşüb.

Alpout kənd sakinləri Mətləb Əliyev, Almaz Xəlilova, Zərniyar Xəlilova, Rəvan Abbasov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini qeyd etməklə gələcəkdə həllini gözləyən təkliflərini də bildiriblər.

Daha sonra Ramil Həsən şəhid Muğan Nuruyevin anası İmmi Nuruyeva, şəhid Niyaz Mahmudovun qardaşı Məzahir Mahmudov, şəhid Rəşid Tağıyevin qardaşı Seymur Tağıyev, şəhid Azad Cəlilovun valideyinləri Sabir və Səmayə Cəlilovlar, şəhid Şirvan Həsənovun qardaşı Nərman Həsənov ilə evlərində görüşüb.