YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Sevinc Hüseynova Gədəbəyin Dəyəqarabulaq və Düzyurd kəndlərində seçicilərlə görüşüb

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 103 saylı Gədəbəy seçki dairəsindən namizədliyi irəli sürülən Sevinc Əmirəhməd qızı Hüseynovanın seçicilərlə görüşləri davam edir.

Növbəti belə görüşlər Gədəbəy rayonunun Dəyəqarabulaq və Düzyurd kəndlərində keçirilib. Görüşlərdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev YAP-ın Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən danışılaraq qeyd edib ki, partiyamız öz fəaliyyəti ilə xalqımızın ona göstərdiyi etimadı doğruldub və ümumxalq partiyasına çevrilməyi bacarıb.

   Çıxış edən YAP-ın namizədi Sevinc Hüseynova bildirib ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu layihələr, aparılan islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Gədəbəy rayonunda da böyük işlər görülüb: “Şübhəsiz ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev ideyalarının və bu gün bu ideyaları layiqincə həyata keçirən Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Bu uğurlu siyasət dövlətçiliyimizin, xalqımızın inkişafına, tərəqqisinə yönəlmişdir. Təbiidir ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir”.

S.Hüseynova daha sonra bildirib ki, IV və V çağırış Milli Məclisin deputatı kimi fəaliyyəti dövründə hər zaman seçicilərinin yanında olmağa çalışıb. “Seçicilərimin etimadını doğrultmağı həmişə özümə borc hesab etmişəm”, - deyən S.Hüseynova yenidən seçicilərin etimadını qazanıb millət vəkili seçilərsə, bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini, seçiciləri ən layiqli şəkildə təmsil edəcəyini bildirib.

    Görüşlərdə çıxış edən seçicilər S.Hüseynovanın fəaliyyətini yüksək qiymətləndirərək 9 fevralda keçiriləcək seçkilərdə də YAP-ın namizədinə-S.Hüseynovaya  dəstək olacaqlarını ifadə ediblər.