YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Ramil Həsən Ucarın Qarabörk, Rəstəcə və Gəraybəyli kəndlərinin seçiciləri ilə görüş keçirib

91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ramil Həsən  parlament seçkilərinin  təbliğat-təşviqat kampaniyası çərçivəsində Ucar rayonunun Qarabörk, Rəstəcə və Gəraybəyli kəndlərinin seçiciləri ilə görüş keçirib.

Görüşləri YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq Yeni Azərbaycan Partiyasının seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə  getdiyini bildirib.

Partiyanının namizədi Ramil Həsən çıxış edərək Azərbaycanın daha da inkişafı üçün atılacaq addımlar haqqında fikirlərini bölüşüb, YAP-ın seçki proqramı haqqında məlumat verib.

Seçicilərdən  Qarabörk Ağaisa Həsənov, Sabir Cəfərov, Dilbər Qurbanova, Zeynəb Əliyeva, Rəstəcə kənd sakinləri Əbülfət Qafarov, Cavanşir Fətəliyev, Zülfüqar Kərimov, Rahib Rəsulov, Əbil Mehtiyev, Nurlan Hüseynov, Mirəli Əzizov və Rafiq Hacıyev edərək Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini qeyd etməklə gələcəkdə həllini gözləyən təkliflərini də bildiriblər.

Daha sonra deputatlığa namizəd Ramil Həsən Qarabörk kənd ağsaqqalı Teymur Cəfərov və şəhid Marif Abdullayevin həyat yoldaşı Qəmər Abdullayeva, Rəstəcə kənd ağsaqqalı Rafiq Abdullayev, şəhid İsmayıl Nəzərovun həyat yoldaşı Bəyimxanım Nəzərova və şəhid Dünyaz Abdullayevin atası Ənvər Abdullayev ilə evlərində görüşüb.