Xəbərlər
Eldəniz Səlimovun seçicilərlə görüşləri uğurla davam edir
YAP Xaçmaz rayon təşkilatı 09 fevral 2020-ci il tarixində keçiriləcək Milli Məclisə seçkilərinin Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Eldəniz Adil oğlu Səlimovla Müzəffəroba, Köhnə Xaçmaz, Xaspoladoba, Gəncəli, Bəbəli, Əzizli kənd seçiciləri ilə görüşü keçirilmişdir.
Görüşü giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xan-Babayev açaraq ölkəmizdə Möhtərəm Prezidentimiz tərəfindən aparılan uğurlu islahatların nəticəsidir ki, dövlətimiz günü-gündən inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır, bütün bunlara görə Möhtərəm Prezidentimizə təşəkkür və minnətdarlığımızı bildiririk. Milli Məclis deputatlığına namizəd Eldəniz Adil oğlu Səlimovun ötən çağırışda fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.
Tədbirdə Milli Məclisin üzvlüyünə namizəd Eldəniz Səlimov, Abasyar Heydərov, Vidadi Balabəyov, İslam Güləli oğlu və başqaları çıxış edərək, 9 fevral 2020-ci ildə keçiriləcək seçkilərdə YAP-ın namizədinə səs verməklə partiyamıza, dövlətimizə, dövlətimizin uğurlu siyasətinə və nəhayət Heydər Əliyev ideyalarına səs vermiş olacağıq.