Xəbərlər
Pirallahı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə uşaq bağçası tikilir
Bakının Pirallahı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 140 və 100 yerlik körpələr evi-uşaq bağçası tikilir.
Rayon icra hakimiyyətindən bildirilib ki, məqsəd 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatını ödəməkdir.
Pirallahı qəsəbəsinin S.Vurğun küçəsində Yeni Azərbaycan Partiyasının rayon təşkilatı üçün ümumi sahəsi 3 min kvadratmetr təşkil edən yeni inzibati binanın inşasına da başlanılıb.
Rayon polis şöbəsinin inzibati binasının tikintisi isə başa çatdırılıb, ərazidə son tamamlama işləri görülür.