YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının namizədi Əliabbas Salahzadə seçicilərlə silsilə görüşlərini davam etdirir

Bu gün 27  saylı Sabunçu  ikinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Əliabbas Salahzadənin  təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Sabunçu rayon təşkilatının qərargahında seçiciləri ilə növbəti görüşü keçirildi.

Görüşü giriş sözü ilə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva  açaraq, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun nəticəsi olaraq, əldə olunan nailiyyətlərdən  danışdı.  Rayon partiya  təşkilatının sədri qeyd etdi ki, Azərbaycan son illərdə böyük nailiyyətlər qazanaraq, bu gün dünyanın qabaqcıl ölkələri ilə bir sırada dayanır, beynəlxalq ictimaiyyət tərəfindən müstəqil, güclü və qüdrətli dövlət kimi qəbul olunur. Mehriban Abasquliyeva  daha sonra  qarşıdan gələn növbədənkənar parlament seçkiləri haqqında danışaraq, seçkilərdə YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü qeyd etdi və  namizəd Əliabbbas Salahzadə haqqında seçicilərə məlumat verdi.

Seçicilər qarşısında çıxış edən Əliabbas Salahzadə YAP-ın bu seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə qatıldığını bildirərək, seçicilərin etimadını qazanaraq, millət vəkili seçiləcəyi təqdirdə, bu etimadı doğrultmaq üçün çalışacağını vurğuladı. Əliabbas Salahzadə  qanunvericilik fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli, təhsil, idman, səyhiyyə, milli-mənəvi dəyərlərin qorunması, gənclərə qayğı və əhalinin məşğulluğu  istiqamətində görəcəyi işlər barədə danışdı. Görüşdə çıxış edənlər YAP Sabunçu rayon təşkilatının sədr müavini Bəxtiyar Qasımov, YAP Sabunçu rayon təşkilatının Aparat rəhbəri Rəşad Abbasəliyev namizəd Əliabbas Salahzadənin  yüksək keyfiyyətlərə malik, savadlı, intellektli bir şəxs olduğunu və bu seçimin Yeni Azərbaycan Partiyası tərəfindən çox düzgün qərar olduğunu qeyd etdilər və seçiciləri 9 fevral 2020-ci il tarixində keçiriləcək Parlament seçkilərində iştirak etməyə, Daha Güclü Azərbaycan Naminə Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırdılar.