YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın deputatlığa namizədi Nizami Səfərov Şəmkirin Ağlavaşlı və Qaralar kəndində seçicilərlə görüş keçirib

102 saylı Samux-Şəmkir seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Nizami Səfərov Şəmkirin Ağlavaşlı və Qaralar kəndində seçicilərlə görüş keçirib.

Görüşlərdə çıxış edən N.Səfərov ilk öncə, partiyanın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurları haqqında danışıb və dövlətimizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Aparılan uğurlu islahatlar nəticəsində dövlətimizin gündən-günə inkişaf etməsini, iqtisadiyyatımızın güclənməsini, insanların rifah halının yaxşılaşdığını qeyd edib. Sonra YAP-ın namizədi vurğulayıb ki, parlament seçkilərində Milli Məclisin deputatı seçilərsə görəcəyi işlərdən, rayon üçün inkişaf proqramının həyata keçirilməsi ilə bağlı daim çalışacağından danışıb.

Nizami Səfərov seçicilərin etimadını qazanacağı təqdirdə insanların qayğıları ilə yaşayıb onların fikirlərini, təkliflərini parlament tribunasından səsləndirəcəyini bildirib. Qeyd edib ki, çalışacam ki, seçki prosesində çox fəal olum, sizinlə davamlı görüşüm, fikirlərinizi öyrənim, problemlərinizin sizinlə birlikdə, sizin iştirakınızla həll edilməsinə səy göstərim.

Çıxış edən seçicilər qarşıdan gələn parlament seçkilərində YAP-ın 102 saylı Samux-Şəmkir seçki dairəsi üzrə namizədi Nizami Abdulla oğlu Səfərova səs verəcəklərini bəyan ediblər.