YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının namizədi Nizaməddin Ağcayev seçicilərlə görüşüb

9 fevral 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Nizaməddin Ağcayev bu gün seçki kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib.

Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının konforans zalında baş tutan görüşdə millət vəkiliyinə namizəd Nizaməddin Ağcayev seçicilərinə seçki platformasındakı prioritet məsələlər barədə məlumat verdi. Nizaməddin Ağcayev ölkədə islahatların aparılması zərurətindən, qarşıdakı hədəflərdən, starteji istiqamətlərdən, seçiciləri narahat edən məsələlərə aydınlıq gətirib. Çıxış zamanı Nizaməddin Ağcayev xüsusi olaraq qeyd etdi ki, Yeni Azərbaycan Partiyası seçkilərə möhtəşəm hesabatı və növbəti beş il üçün böyük proqram ilə gedir. Dövlətimizin qüdrətinin yüksəlməsi, iqtisadi inkişaf, sosial rifah, təhsil islahatları, səhiyyədə yüksəliş, ordu quruculuğu bizim əsas prioritet istiqamətlərimizdən biridir. Seçicilər görüş zamanı, YAP-ın sədri, ölkə başçısı cənab İlham Əliyevin apardığı sürətli, dinamik islahatlardan, ölkənin hər yerində olduğu kimi Suraxanı rayonunun  abadlaşmasından, insanların rifah halının yaxşılaşmasından razılıqlarını bildirdilər. YAP-ın deputatlığa namizədi Nizaməddin Ağcayev  seçiciləri 9 fevral tarixində fəal olmağa, seçki məntqələrinə gələrək siyasi iradələrini nümayiş etdirməyə və daha güclü Azərbaycan naminə YAP-ın rifah siyasəti kursuna səs verməyə dəvət etdi.