Xəbərlər
Sevinc Fətəliyeva seçicilərlə silsilə görüşlərini davam etdirir
Yanvarın 23-də 30 saylı Suraxanı I Seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fətəliyeva Sevinc Həbib qızının Günəşli seçiciləri ilə təbliğat –təşviqat kompaniyası çərçivəsində görüşləri keçirildi.
Qeyd edək ki, namizədlə görüşdə 125 nəfər Günəşli qəsəbəsi “Q” yaşayış sahəsi 1,2,3,7, 8, 9 saylı binaların sakinləri olan seçicilər iştirak etmişdir.
Görüşü giriş sözü ilə deputatlığa namizəd Sevinc Fətəliyeva açdı. Milli Məclisin deputatı kimi ötən doqquz illik fəaliyyəti və qarşıda duran vəzifələr haqqında seçiciləri məlumatlandırdı.
Görüşdə iştirak edən qəsəbə sakinlərindən Leyli Quliyeva, Elşən Məmədov, Məmmədli Güll, Nərman Bayramov, Maşallah Məftun, Xanməmmədov Şövkət parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildirmiş və namizədə uğurlar diləmişlər.
Görüşdən sonra Sevinc Fətəliyeva Hövsan qəsəbəsində yerləşən seçki qərərgahında seçiciləri qəbul etmişdir.