Xəbərlər
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonunda seçicilərlə görüşüb
Fevralın 9-da keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonunda YAP Oğuz rayon təşkilatının nümayəndələri, rayon ağsaqqalları və bir qrup gənclə görüşərək onlara dövlət siyasətindən, aparılan islahatlardan və öz seçki platformasından danışıb.