Xəbərlər
YAP Nizami rayon təşkilatı böyük mütəşəkkilliklə təbliğat kampaniyasına start verib
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı böyük mütəşəkkillik və yüksək seçki əhval-ruhiyyəsilə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə partiya tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyasına start verib.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.2 maddəsinə və Mərkəzi Seçki Komissiyasının tərtib etdiyi təqvim planına əsasən oktyabr ayının 9-dan etibarən YAP tərəfindən 18 saylı Nərimanov-Nizami, 24 saylı Nizami birinci və 25 saylı Nizami ikinci seçki dairələri üzrə namizədliyi irəli sürülmüş şəxslərin şəkillərininqanunla müəyyənləşdirilmiş yerlərdə yapışdırılması həyata keçirilib.
Yeni Azərbaycan Partiyasının Nizami rayonu üzrə irəli sürülmüş namizədlərinin səlahiyyətli nümayəndəsi Ramil Vəlibəyov bildirib ki, aksiyada YAP Nizami rayon təşkilatının onlarla gənc fəalı iştirak edib. Onlar əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə hərəkət edərək Nizami rayonu ərazisində yerləşən 80 məntəqə üzrə ümumilikdə 150-dən artıq plakat yapışdırıblar.Bu işdə əlbəttə ki, daim YAP-ın siyasi xəttini dəstəkləyən və böyük mütəşəkkilliklə seçki prosesində iştirak edən rayon sakinləri də aktiv rol alıblar.
Qeyd edək ki, Nizami rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcəkseçkilərlə əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, rayon ərazisində seçkiqabağı təşviqatın aparılmasına, qeydə alınmış namizədlərə, siyasi partiya və siyasi partiya bloklarına seçicilərlə görüşlərin keçirilməsinə ödənişsiz əsaslarla bərabər şəraitin yaradılması məqsədilə yerlər müəyyənləşdirilib.
Artıq həmin yerlərdə YAP Nizami rayon təşkilatı tərtib olunmuş qrafikə əsasən və partiyanın Mərkəzi Aparatı tərəfindən verilmiş tövsiyələrə uyğun olaraq, seçicilərlə görüşlərə də başlayıb.
Görüşlərdə 2010-cu ildə seçilmiş deputatların ötən illər ərzində gördüyü işlərlə bağlı sakinlərə hesabatlar verilir və gələcək fəaliyyət, seçki platforması haqqında danışılır.
Səlahiyyətli nümayəndəRamil Vəlibəyovun sözlərinə görə, rayonda ümumi seçki əhval-ruhiyyəsi yüksəkdir: “Hələ təşviqatın ilkin günlərində olmağımıza baxmayaraq, artıq sakinlər Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildirirlər. Əlbəttə ki, insanlar tərəfindən bu cür mövqenin ortaya qoyulması səbəbsiz deyildir. Çünki, YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyilə bu gün Azərbaycanın dünyanın ən sabit ölkələrindən birinə çevrilib. Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf müşahidə edilməklə bərabər insanların yaşayış səviyyəsi də yüksəlir. Bütün sahələrdə tərəqqi var və bu da öz növbəsində vətəndaşlarımızın arzu və istəklərilə üst-üstə düşür. Ona görə də, sakinlər Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyir və mövcud siyasi kursun, ictimai-siyasi və sosial-iqtisadi sabitliyin davamlı olmasını arzulayırlar”.
Qeyd edib ki, bütün bunlar qarşıdan gələn seçki günündə də YAP-ın namizədlərinin böyük dəstək almasına və seçkinin qalibi olmasına gətirib çıxaracaq.