YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi

Bu gün fevral ayının 9-a təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilib. Yeni Azərbaycan Partiyası bütün seçkilərdə qələbə qazandığı kimi, bu seçkidə də “Daha güclü Azərbaycan naminə!” şüarı ilə qələbə qazanmaq əzmindədir.

Partiyanın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsi parlament seçkiləri ilə bağlı çevik, operativ fəaliyyət göstərir, partiya üzvləri bu kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edilib, partiya fəallarından,ziyalılardan və nüfuzlu şəxslərdən ibarət təbliğat qrupu yaradılıb. YAP Mərkəzi Seçki Qərargahının Gəncə şöbəsinin tədbirlər planı hazırlanıb. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Kərimzadə Pərvin Orxan qızı, Həmzəyev Naqif Ələşrəf oğlu, Quliyev Musa İsa oğlu və  Cəfərov Müşfiq Cəfər oğlunu ictimaiyyətə daha yaxından tanıtmaq üçün təbliğat aparılacaq və onlar yerlərdə seçicilərlə görüşəcəklər.

Təbliğat-təşviqat kampaniyası 37, 38, 39 və 40 saylı Seçki Dairələri üzrə müəyyən olunmuş xüsusi yerlərdə namizədlərin şəkilləri əks olunmuş plakatların asılması ilə başlayıb. Namizədlərin təbliğatı üçün hazırlanmış bukletlər, təbliğat-təşviqat materialları da seçicilərə çatdırılacaq.