Xəbərlər
Azərbaycan Prezidenti Avstriyanın Federal Kanslerini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın Federal Kansleri Sebastian Kurtsa təbrik məktubu göndərib.
Avstriya Respublikasının Federal Kansleri kimi fəaliyyətə başlamağı münasibətilə Sebastian Kurtsu təbrik edən dövlətimizin başçısı inandığını bildirib ki, Azərbaycan ilə Avstriya arasındakı dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.
Azərbaycan Prezidenti Avstriyanın Federal Kanslerinə cansağlığı, xoşbəxtlik, fəaliyyətində uğurlar diləyib.