Xəbərlər
YAP Nərimanov təşkilatı təbliğat kampaniyasına uğurla start verib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş şəxslərlə Seçki Qərargahı üzvlərinin görüşü keçirilib. Tədbirdə rayon təşkilatının fəalları iştirak ediblər.
Tədbirdə YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı və YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək təbliğat prosesi ilə bağlı fikirlərini bildiriblər. Belə bir əminlik ifadə olunub ki, uğurlu təşviqat kampaniyası nəticəsində YAP-ın namizədləri seçkilərldə qələbə qazanacaqlar.