Xəbərlər
Şahin İsmayılov: Ölkəmizdə idmanın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər dövlət siyasətinin prioritetlərindəndir
“Ölkəmizdə idmanın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər dövlət siyasətinin prioritetlərindəndir”. Bu fikri Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov deyib.
Ş.İsmayılov bildirib ki, idman yeni sağlam nəslin yetişdirilməsində müstəsna rol oynayır. Onun sözlərinə görə, bu sahə həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması prosesində böyük önəm kəsb edir.
“Dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır. Həqiqətən də, bu gün idmançılarımız beynəlxalq səviyyədə keçirilən mötəbər yarışlarda uğurla çıxış edərək vətənimizin adını daim uca tuturlar. Təsadüfi deyil ki, 2019-cu ildə idmançılarımız qatıldıqları beynəlxalq yarışlarda 775 medal qazanıblar ki, onlardan 271-nin əyarı qızıldır. Bu, onu göstərir ki, ölkəmizdə idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanmağa qadirdilər. hesab edirəm ki, bu sahədə uğurlar ildən ilə daha da artacaq”-deyə, Ş.İsmayılıov qeyd edib.