Xəbərlər
YAP-ın Cəlilabad rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını yüksək fəallıq şəraitində aparmaq niyyətindədir
Dekabrın 23-də ölkədə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar seçki qanunvericiliyinə uyğun olaraq Yeni Azərbaycan Pariyası tərəfindən namizədliyi irəli sürülən şəxslərin təbliğat işlərinə start verilib. Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatı da təbliğat işlərində öz üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışır.
Təşkilat sədri Mirsüleyman Mirxaslının verdiyi məlumata görə, rayonda 35 bələdiyyə üzrə qeydə alınmış 347 nəfər namizədin hamısı əhatə olunmaqla çoxsaylı təbliğat materialları hazırlanıb:
"Təbliğat materialları Yeni Azərbaycan Partiyasının şüarı ilə birlikdə yerlərə çatdırılaraq seçki məcəlləsinin tələblərinə uyğun olaraq seçkilərə 23 gün qalmış namizədlərin təbliğat tədbirlərinə başlanılıb.
Bu təbliğat materialları yaşayış məntəqələrində təbliğat məqsədilə müəyyən olunmuş yerlərdən asılıb. YAP Cəlilabad rayon təşkilatının nəzərdə tutduğu tədbirlər planına və təsdiq olunmuş qrafikə uyğun olaraq 35 bələdiyyənin hamısında namizədlərin təbliğatı məqsədilə geniş tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərin dekabrın ikisindən başlanması və 19-dək davam etməsi nəzərdə tutulub ".