Xəbərlər
YAP-ın Ağdam rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıq yüksək səviyyədədir
YAP Ağdam rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasına namizədlərin şəkillərinin və şüarlarının təbliğat lövhələrinə vurulması ilə başlayıb. Partiyanın rayon təşkilatının sədri İsgəndər Quliyev bildirdi ki, 14 bələdiyyəyə keçirilən seçkilərdə ən fəal və seçicilər arasında nüfuzu olan insanların namizədliyini irəli sürmüşük. Həm YAP-ın xalq arasındakı nüfuzu, həm də namizədlərimizin ictimai fəallığı seçkilərdən qələbə ilə çıxmağımıza imkan verəcəkdir.
İ.Quliyevin sözlərinə görə, cəbhə xəttində yerləşən Ağdam rayonunda seçici fəallığı daim yüksək olmuşdur. Ona görə də bu seçkinin də rayonda mütəşəkkil keçiriləcəyi bir reallıqdır.