YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Əfqanıstanın mövcud ehtiyaclarını görür və bu ölkə üçün model ola bilər

“Azərbaycan 20 il bundan əvvəl müharibə ilə üzləşib, lakin biz bütün bu təhdidləri aşmağı bacardıq və böyük irəliləyişə nail olduq. Ona görə də Azərbaycan Əfqanıstanın mövcud ehtiyaclarını görür və bu ölkə üçün model ola bilər”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu sözləri NATO-nun Əfqanıstan üzrə nazirlər səviyyəsində keçirilən toplantısında söyləyib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Elmar Məmmədyarov deyib ki, Əfqanıstan hökumətinin nəhəng islahatlar gündəliyi var. Bu, yalnız təhlükəsizlik deyil. Əlbəttə ki, təhlükəsizlik davamlılığın ilk sütunudur. Sənaye və infrastruktura böyük sərmayələr cəlb edilməlidir.
Nazir bildirib ki, Azərbaycan Əfqanıstana bir çox sahələrdə, eləcə də insan kapitalının inkişafı üçün təhsil və təlim sahəsində yardım edir. Dəmir yolu əlaqəsi Əfqanıstan üçün çox vacibdir. Hazırda ölkədə bir dəmir yolu əlaqəsi var. Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Əfqanıstanı Avropa ilə birləşdirən dəmir yolu layihəsi ölkənin davamlı inkişafı üçün vacib elementlərdən biridir.
Azərbaycan xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, qətiyyətli dəstək missiyasının başlanması Əfqanıstanın gələcəyi üçün vacibdir. Qoşunlar, təlim, maliyyə yardımı və tranzit formasında əsaslı töhfələr verməklə Azərbaycan bu missiyada öz rolunu oynayacaq.
“Bizim regiondakı proseslər onu göstərir ki, daha çox uğurlara imza atmaq üçün beynəlxalq birliyin Əfqanıstana dəstəyi qarşıdan gələn illərdə davam etməlidir”, - deyə nazir vurğulayıb.