Xəbərlər
Prezident İlham Əliyev Böyük Britaniyanın Baş Naziri Boris Consona təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş Naziri Boris Consona təbrik ünvanladı.
Təbrikdə deyilir: “Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş Naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət veririk. Enerji sektorunda səmərəli fəaliyyətimiz xüsusi məmnunluq doğurur.
İnanıram ki, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi və dərinləşdirilməsi istiqamətində Sizinlə birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə ən xoş arzularımı yetirir, məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.