YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Ermənistan təcavüzkar siyasətinə son qoymadıqca cəbhə xəttində gərginlik həmişə baş verə bilər

“Ermənistan təcavüzkar siyasətinə son qoymadıqca cəbhə xəttində gərginlik həmişə baş verə bilər». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 E.Məmmədov bildirib ki, Ermənistan müstəqil dövlət olmadığı üçün onun arxasında dayanan qüvvələr öz məqsədləri üçün ondan istifadə edirlər. Onun sözlərinə görə, Azərbaycanın qlobal layihələrin təşəbüskarı və təşkilatçısı olması müəyyən dairələri narahat edir.

«Buna görə də, həmin dairələr də ölkəmizə təzyiq etmək üçün Ermənistandan istifadə edirlər. Azərbaycan bir neçə istiqamətdə, xüsusilə enerji sahəsində Avropa ilə əməkdaşlıq edir. Bütün bunlar isə Ermənistanı və onun havadarlarını narahat edir. Bu səbəbdən də, işğalçı tərəf  atəşkəsi pozur, cəbhədə təxribatlar törədir»- deyə, E.Məmmədov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv