Xəbərlər
Vahid Əhmədov: Ölkəmizdə sahibkarlıq sürətlə inkişaf edir
«Ölkəmizdə sahibkarlıq sürətlə inkişaf edir». Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.
V.Əhmədov bildirib ki, bu sahə daim dövlətin diqqət mərkəzində olub. Onun fikrincə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Fərman bu diqqətin nümunəsidir.
«Sənədə əsasən, sahibkarlıq fəaliyyəti ilə bağlı olan bir sıra prosedurların sayının, eləcə də müddətinin kəskin azaldılması nəzərdə tutulub. Bu fərmanın imzalanması ilə ölkədə sahibkarlığın bütün istiqamətləri sürətlə inkişaf edəcək»- deyə, komitə üzvü qeyd edib.