Partiya xəbərləri
YAP Qaradağ rayon təşkilatında seçicilərlə görüş keçirilib
23 dekabrda ölkəmizdə keçiriləcəkək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq YAP Qaradağ rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.
Kampaniya çərçivəsində YAP Qaradağ rayon təşkilatı partiya tərəfindən irəli sürülmüş bir qrup namizədlərlə görüş keçirilib.
Görüşdə YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov bələdiyyə seçkilərinin ölkəmiz üçün əhəmiyyətindən danışıb, seçiciləri partiyamızın namizədlərinə səs verməyə çağırıb.
Görüşdə Qızıldaş bələdiyyəsi üzvlüyünə namizəd İdris Alişanov, Sahil bələdiyyəsi üzvlüyünə namizəd Elmira Əliyeva, Ələt bələdiyyəsi üzvlüyünə namizəd Azad Musayev və digərləri çıxış edərək seçiciləri 23 dekabrda fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.