YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Həyata keçirilən islahatlar ali qanunverici orqanını da əhatə etməlidir

“Bu gün Azərbaycanın ən yeni siyasi və parlamentarizm tarixində mühüm hadisə baş verib. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar ölkəmizin inkişafının daha da dərinləşdirilməsi üçün yeni şəraitlər formalaşdırır. Bu şərtlər içərisində Azərbaycan cəmiyyətinin bütün sahələrində islahatlar davam edir, bu islahatlar ali qanunverici orqanını da əhatə etməlidir”. Bu fikirləri  Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru  Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi sisteminin sütunu olduğunu deyən deputat ölkə başçısının BDU-nun 100 illik yubileyində çıxışını xatırladıb. O deyib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi partiyamız yaranana qədər Azərbaycanda tam mənada siyasi sistem yox idi: “Siyasi sistemə daxil olduğu gündən YAP Azərbaycan cəmiyyətinə siyasi mədəniyyət, əxlaq və davranış təqdim etməyi bacarıb”.

Hikmət Babaoğlu vurğulayıb ki, bu gün öz tarixi ənənələrinə sadiq olaraq YAP yeni bir siyasi mədəniyyət nümunəsi təqdim edir: “Partiyamızın Siyasi Şurası tövsiyə edir ki, Prezident İlham Əliyevin islahat kursuna uyğun olaraq, parlamentdə də islahatlar həyata keçirilsin. Əgər inkişafımızın indiki mərhələsində qlobal və regional, milli inkişaf çağrışları ilə uzlaşan qərarlar qəbul edə bilməsək, bundan sonrakı inkişafımızı təmin edə bilmərik”.

Deputat qeyd edib ki, Davos İqtisadi Forumunun hesabatlarına görə, Azərbaycan islahatlara və rəhbərə inam əmsalına görə dünyada ilk onluqda yerləşir: “Partiyanın Siyasi Şurasının tövsiyəsi ilə parlament yenidən xalqa doğru qayıdır, onun inamını əldə etmək şanısını qazanmaqla növbəti tarixi mərhələdə Milli Məclis yeni keyfiyyət mərhələsinə qədəm qoymağı bacaracaq. Partiyanın 1999-cu ildə keçirilən I Quryultayında cənab İlham Əliyevin YAP sədrinin müavini, 2013-cü ildə V keçirilən qurultayda isə Mehriban xanım Əliyevanın sədr müavini seçilməsi, partiyamızın inkişafında yeni keyfiyyət dəyişiklikləri yaratdı. Bu gün YAP Azərbaycan cəmiyyətinə, siyasi sisteminə daha bir yenilik gətirir. Partiyanın Siyasi Şurasının məlum qərarı milli inkişaf çağırışları ilə uzlaşır. Bu qərarın nümunəvi tarixi qərar olacağını düşünürəm”.