YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Humanitar məsələlər komissiyası «İrəvan və İrəvan xanlığının Azərbaycan tarixində yeri və rolu» mövzusunda elmi konfrans keçirib

Bu gün Yeni Azərbaycan Partiyasının Humanitar məsələlər komissiyası «İrəvan və  İrəvan xanlığının Azərbaycan tarixində yeri və rolu» mövzusunda elmi konfrans keçirib. Konfransda komissiya üzvləri ilə yanaşı Milli Məclisin deputatları, tarixçi-alimlər, YAP-ın Bakı şəhər üzrə rayon təşkilatının rəhbərləri və gənclər iştirak ediblər.

Tədbiri açan komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü Yusif Hümbətov bildirib ki, bu mövzunun seçilməsində məqsəd İrəvanın tarixinin və mədəniyyətinin yaddaşlarda təzələmək və öz doğma dədə-baba torpaqlarımıza varislik hüquqmuzu ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Daha sonra komissiyanın üzvü, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov İrəvanın tarixi haqqında geniş məlumat verib. O bildirib ki,  Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır.

Konfransda həmçinin, tarixçi alimlər Nazim Mustafa, Vasif Qafarov və Cəbi Bəhramov, «Azər-ilmə» MMC-nin rəhbəri Vidadi Muradov mövzu ilə bağlı çıxış ediblər.