Partiya xəbərləri
YAP Yevlax rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ci ildönümünə həsr edilmiş tədbir keçirib

YAP Yevlax rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ci ildönümünə həsr edilmiş tədbir keçirib.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər.
Tədbirdə YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov, Yevlax rayon İcra Hakimiyyətin başçısı Anar Tağıyev Yeni Azərbaycan Partiyasının yaranma tarixi ilə bağlı geniş və əhatəli nitq söylədilər.
Tədbirdə YAP fəalılarına fəxri fərmanlar, sonda isə rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edildi.