YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək

“2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi yetərincə təkmil, bütün parametrlər üzrə büdcə sistemi haqqında qanuna müvafiq şəkildə hazırlanmış ciddi sənəddir”. Bu fikri Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, ilk dəfə olaraq icmal büdcənin gəlirləri 27 milyard 533 milyon manat, xərcləri 29 milyard 488 milyon təşkil edəcək ki, bu da cari illə müqayisədə 7,7 % çoxdur. Önəmlidir ki, neft gəlirlərinin xüsusi çəkisi azaldılaraq, qeyri-neft gəlirləri artıb.

Digər önəmli məsələ  ölkədə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və s. addımlardır. Büdcə sosialyönümlüdür. Bu isə o deməkdir ki, əhaliyə ödənişlərin məbləği artacaq, müxtəlif proqramlar həyata keçiriləcək, o cümlədən özünüməşğulluq daha da genişlənəcək. Təqdirəlayiqdir ki, ölkədə manatın dayanıqlığı diqqət mərkəzindədir, son üç ildə manatın xarici valyutaya nisbəti sabitdir. 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 57,4 milyon manat yaxud 42,1 faiz çoxdur”-deyə, akademik vurğulayıb.