Xəbərlər
Bu il Azərbaycandan 9,6 milyard kubmetrədək təbii qaz göndərilib
On ayda Azərbaycandan 9 milyard 590 milyon 60 min kubmetr təbii qaz ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, yanvar-oktyabr aylarında ixrac olunan təbii qazın dəyəri 1 milyard 882 milyon 541 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, keçən ilin müvafiq dövründə ölkədən 6 milyard 184 milyon 175 min kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 1 milyard 209 milyon 621 min dollar olmuşdu.