Partiya xəbərləri
Kürdəmirdə Yeni Azərbaycan Partiyasından bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülən şəxslərin imzatoplama kampaniyası davam edir

Kürdəmirdə 23 dekabr 2019-cu il tarixdə keçiriləcək Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülən şəxslərin imzatoplama kampaniyası davam edir.
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatından rayon üzrə mövcud 30 yerli bələdiyyəyə 284 nəfər üzvün namizədliyi irəli sürülüb. 57 saylı saylı Kürdəmir seçki dairəsi üzrə 174 , 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi üzrə 92 , 58 saylı Hacıqabul – Kürdəmir seçki dairəsi üzrə 18 namizəd üçün tələb olunan bütün sənədlər müvafiq imza vərəqələri götürülərək imzatoplama kampaniyasına başlanılıb. Qeyd edək ki, namizədlərin 35 faizini gənclər, 45 faizini isə qadınlar təşkil edir. Hər bir fəal imza vərəqəsini doldurmaq üçün müvafiq bələdiyyələrin əhatə etdiyi ərazilər üzrə sakinlərlə görüşüb, eyni zamanda rayon təşkilatının qərargahında da imza toplanılır. Kürdəmirlilər bu prosesdə yüksək fəallıq göstərirlər.