Partiya xəbərləri
YAP Şəmkir rayon təşkilatı imzatoplama kampaniyasına uğurla start verib

23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək Yeni Azərbaycan Partiyasını təmsil edən namizədlərin imzatoplama kampaniyasına start verilib. YAP Şəmkir rayon təşkilatında imzatoplama kampaniyası, eləcə də digər məsələlərlə bağlı seçki qərargahının üzvlərindən ibarət iş bölgüsü aparılıb.
Hazırda isə seçki kampaniyasının namizədlərin irəli sürülməsi və onların qeydə alınması üçün seçici imzalarının toplanılması mərhələsidir. YAP-ın yerli strukturları da bu mərhələdə uğurla fəaliyyət göstərməkdədir. YAP Şəmkir rayon təşkilatı da bu prosesi mütəşəkkil surətdə həyata keçirir. Yeni Azərbaycan Partiyası tərəfindən Şəmkir bələdiyyələrinə irəli sürülmüş namizədlər yerlərdə sakinlərlə görüşür, imza toplayırlar. YAP Şəmkir rayon təşkilatından bu ilki seçkilərdə ümumilikdə 42 bələdiyyə üzrə 400 nəfər partiya üzvü namizədliyini irəli sürüb.
İmza toplama kampaniyası davam edir.